Premyer-liqa
Beqoviç: “Dekabra qədər yaşayaq, sonrasına baxarıq”
“Qarabağ”ın qapıçısı Asmir Beqoviç Azə…
“Qarabağ”ın qapıçısı Asmir Beqoviç Azərbaycan Premyer Liqasının 9-cu turunda evdə “Səbail”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbolinfo.az xəbər verir ki, o, Ağdam klubundakı gələcəyi haqda da danışıb.
– Ağlına gələrdi ki, Essyenlə nə vaxtsa Azərbaycanda üz-üzə gələcəksiniz?
– Bu, futboldu. Öncədən heç nəyi demək olmur. Amma istənilən halda, Essyenlə rastlaşmaq xoş oldu. Bir-birimizə qarşı oynamışıq. Çox yaxşı futbolçudu.
– Maraqlıdı, oyundan sonra Essyenlə nə danışdınız?
– Sadəcə, ümumi həyatdan danışırdıq. O, məşqçilik karyerası ilə bağlı addımlar atmaq istəyir. Əsas bununla bağlı danışdıq.
– Bu oyunla bağlı nə düşünürsən? Nəzərə alaq ki, çətin qələbə qazandınız…
– Hər oyun çətin keçir. Biz buna hazırıq. Xoşbəxtlikdən oyunun sonuna yaxın istəyimizə çata bildik.
– Növbəti tur səfərdə “Neftçi” ilə qarşılaşacaqsız…
– Bizi çətin oyun gözləyir. Çalışacağıq ki, matça yaxşı hazırlaşaq.
– “Qarabağ”la müqavilən qışa qədərdi. Bu keçən vaxt ərzində fikrin dəyişibmi, yəni, “Qarabağ”da qalmaq istəyirsənmi, yoxsa?
– Hər şey ola bilər. Mən əsasən bu günü fikirləşirəm. Dekabra qədər yaşayaq, sonrasına baxarıq.
– “Qarabağ” Avroliqanın qrupundan çıxsa, bu, sənin Ağdam klubunda qalmaq fikrinə təsir edəcəkmi?
– Çox şey ola bilər. Vaxta var, yəni. Qarşıda bizi “Neftçi” və APOEL-lə oyunlar gözləyir. Daha sonra isə qış fasiləsi olacaq. Bir sözlə, bu haqda danışmaq üçün yetərincə vaxtımız olacaq.
– Avroliqada APOEL-lə 2:2 hesabı ilə heç-heçə etdiyiniz sonuncu oyunu necə dəyərləndirirsən? Bu nəticə “Qarabağ”ın qrupdan çıxmağına necə təsir edə bilər?
– Sıfır xaldansa, 1 xal qazanmaq yaxşıdır. Biz yaxşı komandayıq. APOEL səfərinə müsbət nəticə qazanmaq üçün gedəcəyik.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”