Dünya futbolu
Beyl “Real”dan ayrıldı, Londona getdi
“Real” İspaniya La Liqasının 11-ci turunda “Leqan…
“Real” İspaniya La Liqasının 11-ci turunda “Leqanes”lə qarşılaşacaq.
Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Qaret Beyl sözügedən qarşılaşmada iştirak etməyəcək. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Beylin “Real”ın düşərgəsini tərk edərək, Londona uçduğu bildirilir. Uçuşun səbəbi isə məlum deyil.
Bir müddət əvvəl Uels millisinin düşərgəsində zədələnən Beyl, hazırda zədəsini sağaltmaqla məşğuldu.
“Real” – “Leqanes” oyunu 30 oktyabrda, saat 00:15-də keçiriləcək.