Dünya futbolu
“Fənərbaxça”dan SOCAR-la bağlı açıqlama
Türkiyənin “Fənərbaxça” klubu SOCAR şirkə…
Türkiyənin “Fənərbaxça” klubu SOCAR şirkətiylə əməkdaşlıq edəcəyi ilə bağlı xəbərləri təkzib edib.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Açıqlamada, SOCAR-la əməkdaşlıqla bağlı olan xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib.
Türkiyə mətbuatı SOCAR-ın “Fənərbaxça” ilə 15 il müddətinə ad sponsorluğunda əməkdaşlıq edəcəyini iddia edirdi.