Dünya futbolu
Formadakı səhvə görə milli komandaya intizam işi açıldı
UEFA Belçika milli komandasına intizam işi açıb.
F…
UEFA Belçika milli komandasına intizam işi açıb.
Futbolinfo.az qurumun saytına istinadən xəbər verir ki, buna səbəb, Belçika millisinin futbolçusu Derdik Boyatanın AÇ-2020-nin seçmə mərhələsinin Rusiya ilə oyununda fərqli nömrələri olan formada mübarizə aparmasıdır. Belə ki, Boyatanın mübarizə apardığı formanın kürəyində 23, şortikində isə 4 nömrə yazılıb.
Boyatanın əsl forma nömrəsi 4-dür. 23 nömrə isə Mişi Batşuayiyə aiddir. Boyatanın formasındakı səhv fasilədən sonra düzəldilsə də, UEFA bununla bağlı milli komandaya intizam işi açıb. Qurumun qərarı dekabrın 12-də açıqlanacaq.
Rusiya – Belçika matçı qonaqların 4:1 hesablı qələbəsiylə başa çatıb.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə