Premyer-liqa
“Neftçi” “Səbail”lə bacarmadı
Futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü turun oyun…
Futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Neftçi” “Səbail”lə üz-üzə gəlib. İlk dövrədə bu rəqibinə 2:1 hesabıyla qalib gəlmiş “ağ-qaralar” bu oyunda da qalib gəlməklə mövqeyini qorumağı hədəfləmişdi. Xeyli müddətdi qələbəyə həsrət qalan “Səbail” isə uğursuz gedişata son qoymaq üçün meydana çıxmışdı. Tərəflər 90 dəqiqə ərzində qapılara yol tapa bilməyiblər. Halbuki, "Səbail"in matçın sonlarında bunun üçün çox gözəl şansı da olub. Amma Ağabala Ramazanov özü qazandığı penaltini boşa verib.
Xatırladaq ki, ilk oyun günündə “Keşlə” “Sumqayıt”a (2:1), “Qəbələ” isə “Zirə”yə (3:0) qalib gəlib. Tura sabah keçiriləcək “Sabah” – “Qarabağ” matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
13-cü tur
1 dekabr
“Səbail” – “Neftçi” 0:0
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev.
“ASCO Arena”, 15:00.
Səbail: 1. Aleksandr Rıbka, 4. Eltun Yaqublu (k), 17. Elçin Rəhimli, 13. Şəhriyar Rəhimov, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 34. Ürfan Abbasov, 9. Mirsahib Abbasov, 21. Eriko da Silva, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 18. Aqşin Qurbanlı, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 16. İqor Korotetski, 79. Əli Sadıxov.
Baş məşqçi: Aftandil Hacıyev.
Neftçi: 1. Səlahət Ağayev, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov (k), 19. Rauf Əliyev, 25. Kiril Petrov, 93. Soni Mustivar, 10. Dario Frederiko, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 77. Donald Qery, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 18. Tural Axundov, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 28. Stiven Monroz, 5. Anton Krivotsyuk, 33. Turan Vəlizadə.
Baş məşqçi: Roberto Bordin.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı