Ölkə futbolu
“Neftçi” məşqləri bərpa etdi
“Neftçi” Premyer Liqanın 14-cü turunda qarş?…
“Neftçi” Premyer Liqanın 14-cü turunda qarşılaşacağı “Sabah”la matçın hazırlığına başlayıb.
Futbolinfo.az xəbər verir ki, “Səbail”lə oyundan (0:0) sonra bir günlük istirahətə buraxılan komanda bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Xatırladaq ki, dekabrın 8-i “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Neftçi” oyunu saat 17:00-da başlanacaq.