Dünya futbolu
“Eddi İsrafilovla danışmışam, əhvalı yaxşıdı”
“Albasete"nin baş məşqçisi Luis Migel Ramis İspa…
“Albasete"nin baş məşqçisi Luis Migel Ramis İspaniya 2-ci liqasının XIX turunda bu gün "Ekstremadura" ilə keçirəcəkləri oyundan danışıb.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis adı yenidən seks qalmaqalında hallanan və 3 il müddətinə azadlıqdan məhrum edilməsi gündəmdə olan millimizin və komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun durumuna da toxunub:
"Eddi ilə danışmışam. Tam sakitdir və yaxşı məşq edib. Əhvalı yaxşıdır. Bu, keçici vəziyyətdir. Hadisəylə bağlı məndə olan məlumat siz jurnalistlərdəki ilə eynidir".
Qeyd edək ki, İsrafilov "Eybar"da çıxış edən vaxt komanda yoldaşları Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual xarakterli videonu yaymaqda günahlandırılır. Bununla bağlı araşdırma artıq yekunlaşıb. İsrafilov üçün 3 il həbs cəzası tələb olunub.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib