Bizi izləyin

Dünya futbolu

Gözlənilən düzülüş: “Neftçi” çempionluq yarışına qayıtdı

Artıq hər şey “Neftçi”nin öz əlindədi. &l…

blank
Artıq hər şey “Neftçi”nin öz əlindədi. “Qarabağ” qış fasiləsinə çox böyük üstünlüklə gedə bilmədi, ardıcıl büdrəmələr izləyicilərinin ona yaxınlaşmasına şərait yaratdı. Fürsəti qaçırmayan Roberto Bordinin yetirmələri mövsümün ilk yarısının bağlanış matçında vacib qələbə qazanıb 2-ci pilləyə yerləşdi.
 
“Qarabağ” fiziki, psixoloji yorğunluq üzündən son ayyarımda çox vacib xallar itirdi. Az qala erkən çempionluğunu elan etdiyimiz ağdamlılar Avropa Liqasında qrupdan çıxmaq şansını əldən verincə Premyer Liqa matçlarına yanaşmada da toparlana bilmədi. Ardıcıl xal itkiləri cümə günü “Keşlə”  ilə ev matçında davam etdi və komanda iki dəfə önə keçdiyi matçda qələbə hesabını qorumağı bacarmadı. İndi “Düdelanj”a və kubokda “Keşlə”yə qarşı oyunlardan sonra istirahət etmək və yaz oyunlarına daha yaxşı hazırlaşmaq lazımdı.
 
Ağdam klubu o qədər çox büdrədi ki, “Neftçi” sabit oynamadan xal fərqini 6-dək azaltdı. Bakılılar zəif rəqiblərə qarşı fürsətlərdən yararlansaydı, indi vəziyyət daha yaxşı olardı. İstənilən halda, indi Bordinin yetirmələrinin taleyi öz əlindədi. Çempionla şəxsi görüşlərdə üstün ol, qalan matçlarda əsas rəqibindən pis nəticə göstərmə və çempion ol. Düzdü, asan olmayacaq, amma taleyinin başqalarının əlində olmasıyla müqayisədə indiki durum daha arzuolunandı.
 
“Sabah”la matç “Neftçi”nin heyət zənginliyini növbəti dəfə göstərdi. Bordinin istənilən eksperimenti belə bakılıların gücünü azaltmır. Heyətdə kifayət qədər yaxşı oyunçular var və hətta ehtiyatdakılar da hər hansı oyunun taleyini həll edəcək qədər yaxşı futbolçulardı.
 
“Keşlə” “Qarabağ”la son oyunda uduzmamaqla avrokuboklara vəsiqəyə əsas namizədlərdən biri olduğunu isbatladı. Tərlan Əhmədov 3 önəmli oyunçusunun yoxluğunda yetirmələrini çempionla başabaş oynatdı, layiq olduqları xalı qazandı. Qışda heyətə səviyyəli oyunçular qatılarsa, yazda daha yaxşı “Keşlə” görə bilərik. Rəhbərlik indiki futbolçularla mümkün olan nəticələrin ən yaxşısına nail olduqarının fərqindədi, qalır transferlərdə yanılmamaq.
 
“Sumqayıt” mövsümün ilk yarısı üçün qarşıya qoyulan vəzifənin öhdəsindən maksimum gəldi. Qışa ilk “dördlük”də daxil olmaq yalnız arzu idi və reallaşdı. Gənc heyətlə bunu bacaran Ayxan Abbasovu növbəti dövrələrdə daha çətin sınaqlar gözləyir, çünki daha yaxşı imkan və heyətə malik olan izləyicilərlə xal fərqi böyük deyil. “Qəbələ” ilə dünənki matçda qələbə komandanı rahatladardı. Gəl ki, 9 nəfərlə qalan rəqibi czalandırmaq mümkün olmadı.
 
“Zirə”nin dünənki qələbəsi həyati əhəmiyyətli idi. Qeyri-sabit oynayan “qartallar” gah çox yaxşı, gah da həddindən artıq pis oynayır. Zaur Həşimov komandanı böhrandan çıxarıb, amma sabitliyə nail olması çox vacibdi. Əvvəlki məşqçinin yığdığı bərbad heyətə əl gəzdirib, komplektləşdirmə işini tamamlasa, qitə yarışlarına vəsiqəyə ümid etmək olar. “Səbail”in darmadağını isə aldadıcı olmamalıdı. Bayıl klubu canı ilə əlləşir, klubdaxili problemlər, fikri indidən başqa klublarda olan aparıcı fiutbolçular dünən “Zirə”nin rahat qələbəsində önəmli rol oynadı.
 
“Sabah” potensialına uyğun nəticə göstərməyən klubların başında gəlir. Hər şəraiti olan komandanın heyəti də əladı. Lakin hər dəfə hansısa problem onun daha yaxşı nəticə göstərməsinə mane olur. 14 tura 4 məşqçinin meydana çıxardığı bu kollektivin də mütləq sabitliyə ehtiyacı var.
 
Doğrusu, Jelko Sopiçin “Sabah”a uyğun baş məşqçi olduğunu düşünmürəm. Xorvat gələni sanki futbolçuların ruhunu əlindən alıblar. Komanda əvvəl daha yaxşı futbol oynayırdı. Xüsusilə İqor Ponomaryovun oynatdığı futbol indikindən baxımlı idi. Müdafiəyə xüsusi diqqət ayıran yeni baş məşqçi bir çox önəmli oyunçuları ehtiyatda saxlayır ki, bunun müsbət nəticə verəcəyinə əmin deyiləm. Razıyam, Sopiçin gördüyü rəqiblər çempionatın 2 lideri olub, müdafiəyəmeylli, intizamlı oyun taktikası bəlkə də bu səbəbdən seçilmişdi. Amma istənilən halda, bu oyun tərzi böyük hədəflər üçün yetərsiz ola bilər. “Neftçi”ylə dünənki matçda hücum etmək istəmədən xala ümid edilirdi, rəqib isə bu fürsəti öz xeyrinə dəyərləndirdi.
 
Sopiçin oyunsonrası açıqlamaları isə sələflərini, rəhbərliyi “vurmaq” cəhdinə oxşayırdı. Xorvat müqaviləyə imza atmamış şəraitlə tanış olmalı, dəqiqləşdirməliydi. Anlaşmaya imza atdıqdan sonra narazılıq bildirmək peşəkara yanaşmaz. Həm də bəli, ona deyilənlər doğrudu, “Sabah” Azərbaycan səviyyəsi üçün çox yaxşı oyunçulara sahibdi və bəhanə edib qış transferləri üçün səbəb axtarmaq lazım deyil. Sopiçin sələflərinin nəticəsi pisdi, lakin öncə özü xal qazanmağın yolunu tapsın. Qarşıdakı kubok oyunlarındakı uğursuzluqdan sonra kimsə onun nə dediyinə önəm verməyəcək, komanda yarımfinala layiqdi, buyurub, vəsiqəni rəsmiləşdirsin.
 
“Qəbələ” müstəqil klub kimi son oyununda uduzmadı. Öz günahları üzündən yersiz qırmızı vərəqə alan 2 oyunçunun yoxluğunda Sumqayıtda döyüşən komanda bunun sayəsində 6-cı pilləyə şərik oldu. Avrokubok zonasından cəmi 5 xal geridə olan əyalət klubu üçün heç nə bitməyib. Qışda veriləcək qərarlardan sonra “qırmızı qaralar” haqda daha rahat danışa biləcəyik.
 
Mövsümə olduqca uğurlu başlayan “Səbail”in indiki vəziyyətinin təməli yayda qoyulmuşdu. Büdcə azalmaları, aparıcı oyunçularla vidalaşma bu aqibəti qaçılmaz etmişdi. Təcrübəli oyunçularla gənclərin vəhdətindən döyüşkən kollektiv yaradan Aftandil Hacıyev çöküşün qarşısını bir müddət alsa da, bu, autsayderliyə yuvarlanmaqdan qaçmağa yetmədi. Qışda kollektivi tərk edənlər daha çox olacaq və tamamilə gənclərin ümidinə qalacaq Bayıl təmsilçisini gələn mövsüm divizionda görsəz, təəccüblənməyin.
 
Beləliklə, mövsüm yarılandı. Əslində, əksəriyyət turnir cədvəlində imkanlarına görə düzülüb. 1-2 istisna var, onu da qısa zamanda düzəltmək olacaq, çünki xal fərqi o qədər də böyük deyil. Qışda ən yaxşı şəkildə hazırlaşan, heyəti gücləndirən yayda bunun bəhrəsini görəcək.
 
FƏRİD
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm