Dünya futbolu
“Səbail” Essyeni qovur
“Səbail” daha bir futbolçusu ilə yollarını ayı…
“Səbail” daha bir futbolçusu ilə yollarını ayırır. İqor Korotetski və Elvin Yunuszadədən sonra Maykl Essyen də “dənizçilər”lə vidalaşı.
Klub rəhbərliyi illik maaşı 350-400 min dollar civarında olan qanalı yarımmüdafiəçi ilə sözləşməyə vaxtından əvvəl xitam vermək niyyətindədir. Bir neçə aydı ciddi maliyyə böhranı yaşayan “Səbail” qanalı ulduz futbolçudan gözünü çəkib. Aftandil Hacıyev də rəhbərliyin Esyenlə bağlı planını dəstəkləyib. Baş məşqçi ötən mövsümün ikinci yarısında düşərgəyə qoşulan 37 yaşlı legionerin komandaya heç bir faydası dəymədiyini bildirib (sportinfo.az).
O, həftədə 2-3 gün kollektitvlə məşq etməyən, tez-tez ölkə xaricinə çıxan, UEFA və FİFA-nın keçirdiyi müxtəlif tədbirlərə qatılan Esyeni heyətdə görmədiyini qeyd elib. Məşqçi bildirib ki, onun burada qalıb-qalmaması komanda üçün heç bir əhəmiyyət daşımır. O mənada ki, sabiq “Çelsi”li futbolçu mövsümün irəlidəki hissəsində də ehtiyat skamyda əyləşəcək.
Esyenin sözləşməsi gələn ilin mayında başa çatır. Klub rəsmiləri qanalı ulduzu artıq öz fikirləri ilə tanış ediblər. Hazırda müqavilənin qarşılıqlı razılıq əsasında pozulmasına dair tərəflər arasında danışıqlar gedir.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”