Ölkə futbolu
Şota Arveladze Bakıya niyə gəlib? – Özü açıqladı
“Dünən Bakıda idim. Amma artıq bu səhər İstanbula gə…
“Dünən Bakıda idim. Amma artıq bu səhər İstanbula gəlmişəm”. Bu sözləri futbolinfo.az-a açıqlamasında Özbəkistanın “Paxtakor” klubunun baş məşqçisi Şota Arveladze deyib.
O bildirib ki, Bakıya gəlməyinin səbəbi “Qarabağ”ın matçını izləmək olub: “Mənim məqsədim Bakıda “Qarabağ”ın matçını izləmək idi. Bəzi dostlarımla da görüşdüm. Səbəb isə Pro lisenziyamı təzələmək idi. Gürcüstan Futbol Federasiyası tərəfindən belə qərar verilmişdi”.
Arvaledze “Qarabağ”ın oyununu bəyənmədiyini bildirib: “Qarabağ” yaxşı komandadır. İkinci hissədə yaxşı oynadılar. Əzmkarlıq göstərib son dəqiqədə qol da vurdular. Lakin bu, “Qarabağ”ın ən yaxşı oyunu deyildi. Daha yaxşı futbol sərgiləyə bilərdilər”.
Gürcüstanlı çalışdırıcı Azərbaycan yığmasından dəvət almadığını deyib: “Azərbaycan yığmasından heç bir dəvət almamışam və AFFA ilə söhbətimiz olmayıb”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib