Bizi izləyin

Ölkə futbolu

Azərbaycan futbolunun “bataqlığı”

Bütün sahələrdə olduğu kimi, futbolda da strateji addım…

blank

Bütün sahələrdə olduğu kimi, futbolda da strateji addımlar düzgün atılmasa, təhlillər doğru olmasa, ardıcıllıq təmin edilməsə, inkişaf trayektoriyası, yolu gedilə bilməz…

Ölkə futboluna milyonlar yatırılandan sonra çox az sayda uğurlu layihələr olub. Onlardan biri əvəzedicilərin yarışı idi. Bu gün az-çox üzdə olan bacarıqlı yerli futbolçuların hamısı 10 il öncə startı verilən birincilikdən keçib, əsas komandaya, milliyə kimi yüksəlib…

Uşaq yaş qruplarından sonra əvəzedicilərin çempionatı əsas komanda yolunda son körpü, tramplin rolunu oynayırdı. Çətin rəqabətdən keçərək ən istedadlılar əvəzedici heyətdə möhkəmlənə bilirdilər. Bu da əsas komandaya layiqli gənclərin gəlməsini təmin edirdi. Əvəzedicilərin çempionatı adına layiq əvəzedilməz yarış idi…

"Neftçi"də çalışdığımız dönəmdə yeniyetmə-gənclərə olan münasibətimiz əsas komandadan fərqlənmirdi. Limiti ümumiyyətlə düşünmürdük. Çünki, səviyyəli legionerlərlə  yanaşı heyətdə çıxış edənlərin, meydana sonradan çıxanların, ehtiyatda oturanların 90%-i gənclər idi…

Bir çoxunun inkişafı, təcrübə toplaması, əvəzedicilərin yarışını aşdıqları üçün digər klublara icarəyə göndərilir, püxtələşmələri təmin edilirdi. Klubda, heyətdə sağlam rəqabət yaradılır, təcrübəlilər gənclərin nəfəsini hiss edirdilər. Bu amil, əsas heyət üzvlərinin boşalmasına, arxayınlaşmasına da imkan vermirdi…

Komandanın çempionluqları ilə yanaşı əvəzedicilər də öz yarışlarını qazanır, mükafatçılar sırasında olur, qalib ruhda böyüyürdülər. Eyni zamanda özlərinin təlim-məşq toplanışları ilə yanaşı daimi olaraq rəqabətə dözənlər, daha perspektivlilər əsas heyətlə birgə məşq edir, toplanışlarda yoxlanılırdı…

Beləcə futbol ardıcıllığı, qayğısı ilə gənclərin əsas heyətə yolu açılırdı. Qeyd olunanları təmin edən səbəb, ilk növbədə əvəzedicilərin çempionatı idi. Premyer liqa təqviminə uyğun paralel çıxışlar gəncləri tam nəzarətdə saxlamağa imkan yaradırdı…

Şəraitdən necə istifadə edilməsi isə hər bir klubun özünə, futbola yanaşmasına aid məsələdi. Kimlər düzgün addım atırdısa, futbolçu problemi yaşamır, ancaq xeyirini görürdülər. Bu, nəticələrin qazanılması ilə birgə maddi baxımdan da sərfəli idi…

Əvəzediciləri Diviziona qatmaq istəyəndə federasiya cavabdehləri ilə söhbətlərimdə yanlış addım olacağı dəfələrlə vurğulanıb, təhlillərlə əsaslandıraraq fikirlər səsləndirilib. Əvəzedicilərin düşünülmədən aşağı liqaya göndərilməsi, olan-qalan bacarıqlı gənclərin sabahını şübhə altına atmaq demək idi…

İnkişafın dayanacağı bir tərəfdən, onsuz da Divizionla bağlı mənfi siqnallar davamlı xarakter daşıyır, UEFA-dan məktubların ardı-arası kəsilmirdi. Belə durumda gəncləri "bataqlığa" sürükləmək düşünülməmiş, dərin təhlillərdən keçirilməmiş, bağışlanmaz addım idi…

Niyyət fərqli, uşaqların daha çox oyun praktikası qazanması düşüncəsi ola bilərdi. Bunun özü də yanlış idi. Onsuz da oyunlarının çoxunu öz aralarında oynayacaqdılar. Hərtərəfli nəzarət altında daha yaxşı şəraitdən, sınanmış yarışdan "çirkaba" sürgün edildilər. İndi inkişaf etmək əvəzinə "bataqlıqda" kütləvi cəzalarla üz-üzə qalıblar… 

Oxumaq bir başqadı, oxuyub dərk etmək bir başqa… Nəzəriyyə fərqlidi, onu praktikada tətbiq etmək tam fərqli. Bunları öncədən düşünmək və düşünülmüş addımlar atmaq gərəkdir. Əks halda nəticəsi indiki kimi olur…

Ölkə futbolunda qarşıdurmalara, ittihamlara, didişmələrə son qoyulmalıdı. Futbolun inkişafı düşünülürsə, birliyin, qarşılıqlı dialoqların, sağlam mühitin yaradılması mütləqdi. Bu addımı səlahiyyətlərinə uyğun ilk növbədə futbolu idarə edənlər atmalıdı…

Gənclərin Diviziona yuvarlanmasını öz qərarları ilə təmin edənlər kənardakılar deyil. "Bataqlıq" klublarına illərdi xalqın, dövlətin milyonlarını ayıranlar da başqaları deyil. Divizionda kütləvi yaş həddi limitini həyata keçirənlər də fərqli məkandan deyillər…

Futbol camiəsindən üz döndərmək, məsləhətlərə qulaq asmamaq, ictimai nəzarəti "düşmən" obrazında görmək, sağlam düşüncədən qaçmaq, süni cəbhələşmələr yaratmaq, futbolun sabahı uğrunda deyil, şəxsi məqsədlər məngənəsində ilişib qalmaqdı. Bunların sonu məğlubiyyətdi, necə ki, yaşıl meydanlarda məğlubiyyətlər sıralanır…

Belə mühitdə tində, pusquda dayananlar ordusu da yaranır, günü-gündən çoxalır. Onların çoxu hələ üzdə deyillər. Əl altdan planlar qurulur, "gələcək" futbol "düşünülür". Çünki, onları da futbol maraqlandırmır, futbolu ələ almaq, mənimsəmək vacibdır…

Futbolun əsl gələcəyi maraqlıdırsa, "vətəndaş müharibəsi"ndən qaçın, uzaq durun, yaltaqların, "baş üstə"lərin deyil, futbolu düşünənlərin birliyini bir yumruq kimi təmin edin. Buna yetərincə imkan, güc, şərait var…

Onda nə gənclər "bataqlığa" sürüklənməyəcək, kütləvi cəzalar olmayacaq, nə də sonda yurçeviçlər bir xala bir milyon götürüb, "futboldan başları çıxmır" damğası ilə mahnı  oxuya-oxuya, çırtma vura-vura sağollaşmayacaq…

TAHİR SÜLEYMANOV

blank

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-04 17:42

Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb

blank
Digər idman növləri2024-05-04 17:20

Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-04 17:01

Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazandı

blank
Premyer-liqa2024-05-04 16:55

“Kəpəz” “Sumqayıt”a qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-05-04 16:47

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb

blank
Digər idman növləri2024-05-04 16:34

Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib

blank
Ölkə futbolu2024-05-04 16:18

Yunanov bu gün mükafat alacaq

blank
Digər idman növləri2024-05-04 16:00

Bakıdakı Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

blank
Milli komanda2024-05-04 15:39

Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-04 15:20

“Bakı Marafonu-2024”ə görə bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq

blank
Ölkə futbolu2024-05-04 14:46

“Kəpəz”də 4 itki

blank
Ölkə futbolu2024-05-04 14:03

“Kəpəz”in elitada qalması yeni imkanlar yaradacaq” – Millət vəkili

blank
Digər idman növləri2024-05-04 13:22

Millimizdən Avropa kubokunda bürünc medal

blank
Dünya futbolu2024-05-04 12:36

Renat Dadaşovun komandasında yeni baş məşqçi

blank
Milli komanda2024-05-04 11:57

Millimiz İnkişaf Turnirində ikinci oyununu keçirəcək

blank
Ölkə futbolu2024-05-04 10:48

Ozan Can cəzalandı, komandası uduzdu

blank
Ölkə futbolu2024-05-04 10:19

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”

blank
Dünya futbolu2024-05-04 09:53

“Qəbələ”nin sabiq baş məşqçisi idman direktoru oldu

blank
Dünya futbolu2024-05-04 09:21

İsko ayın oyunçusu seçildi

blank
Premyer-liqa2024-05-04 08:00

“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Sumqayıt”a qarşı

blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm