Bizi izləyin

Dünya futbolu

“Qəbələ” işin yarısını gördü, “Sabah”…

Sabahı qaranlıq olan “Qəbələ”di, amma “Sabah&rd…

blank
Sabahı qaranlıq olan “Qəbələ”di, amma “Sabah”ın vəziyyəti daha pisdi. Əyalət təmsilçisi maliyyə sıxıntısı içindədi, qışdan sonra necə yaşayacağı bilinmir, əvəzində paytaxt klubunda nəticə çox pisdi.
 
Dünən ölkə kuboku uğrunda ¼ final mərhələsi başladı. İlk oyunlara Qəbələdə start verildi və meydan sahibləri qələbə qazandı. 3:0 hesabının revanş görüşündə əvəzini çıxmaq mümkündü, amma realist olsaq, “Sabah”ın yarımfinalda olmayacağını deyə bilərik. Çünki komandanın oyununda xaos aşkar görünür, bu əhvalla Elmar Baxşıyevin yetirmələrini təslim etmək olmayacaq.
 
“Sabah” ilk yarını çox pis keçirdi və 2 dəfə cəzalandı. Meydan sahiblərinin az qala hər hücumu rəqib qapısı önündə təhlükəyə çevrilirdi. Düzdü, 2-ci qol ofsayd səbəbindən hesaba alınmaya bilərdi, amma epizodun təkrarına baxanda hakimləri qınamırsan. Demək olar, eyni xətt üzrə olan futbolçulardan hücum edənə üstünlük verilib.
 
Fasilədən sonra rollar dəyişdi. Qonaqların heyətindəki dəyişikliklər onları diqtə edən tərəfə çevirdi. Anar Nəzirov azı 3 dəfə real qolun qarşısını aldı, müdafiəçilər də kritik müdaxilələrlə seçildi. Əvəzində kəsərli əks-hücumların birində “Qəbələ” növbəti qolu vurub, mərhələni adlamaq üçün üstünlüyünü möhkəmləndirdi.
 
“Sabah” rəhbərliyi çempionatdakı uğursuzluqlar üzündən 3 baş məşqçiylə işləmək məcburiyyətində qalıb. Nəticələr nisbətən yaxşılaşıb, komanda avrokubok zonasından uzaq deyil. Lakin Jelko Sopiç gələni komanda qola həsrət qalıb. Divizion klubu ilə oyun istisnadı, Premyer Liqa təmsilçiləri ilə matçlarda vəziyyət getdikcə pisləşir – 0:1, 0:2, 0:3.
 
Ən önəmlisi “Sabah”ın öz oyununu itirməsidi. Xorvat məşqçi Filip İvanoviçdən dayaq yarımmüdafiəçisi “düzəltmək” istəyir. Amma serb müdafiəçinin səhvləri “Qəbələ”nin qolları zamanı işə yaradı. Sopiçin ötən həftə təriflədiyi Şakir Seyidov da sanki oyunda yox idi və mərkəz xəttini rahat keçən meydan sahibləri istədiyi futbolu diqtə edirdi. Təsadüfi deyil, Şakir əvəzləndikdən sonra qonaqlar normal futbol oynamağa başladı.
 
Ümumiyyətlə, Jelkonun heyət seçimini müzakirə etməyə dəyər. Lakin bunu klub rəhbərliyi etməlidi. Kubok “Sabah”ın avrokubok yolunda ən real şansı idi, püşkdə də komandanın bəxti gətirmişdi. Amma Sopiçin eksperimentləri üzündən kubok əldən çıxmaq üzrədi, bu gedişlə çempionatda da uğur qazanmaq olmayacaq. Qış fasiləsində transferlərdə ehtiyatlı olmaq, xorvatın hər dediyinə əməl etməmək lazımdı.
 
Doğrusu, onun ölkəmizdə böyük perspektivi yoxdu, səhv seçimdi, zaman da bunu sübut edəcək. Necə ki, edir. Jelko otən oyunda futbolçuları tənqid etməklə böyük səhv etdi, haqsız sözlərini ona bağışlamayacaqlar.
 
Dördü start heyətində olmaqla, akademiyasının 7 futbolçusundan bu matçda yararlanan “Qəbələ”nin oyununu düzəltdiyini demək olar. Artıq yenilənmiş heyət əla ansambla çevrilib. Xüsusilə İbrahima Niassenin gəlişi ilə “qırmızı qaralar”ın yarımmüdafiə xətti çox güclənib. Heyətdəki 1-2 yararsız oyunçunu qışda yaxşı legionerlərlə əvəz etmək mümkün olsa, “Qəbələ” Avropa Liqasına vəsiqə əldə edə bilər.
 
Yarımfinalda bu cütün qalibinə rəqib olacaq komanda Zirədə bəlli olacaq. Dünən eynadlı komandanın “Səbail”lə Bayıldakı görüşündən sonra kiməsə böyük üstünlük vermək olmur. İlk yarısı xüsusilə darıxdırıcı keçən matçda qapılara qol vurulmadı. Meydan sahibləri heyətdəki çox ciddi itkilərə rəğmən, 2 dəfə dirəyi nişan aldı, “Zirə”nin bəzi epizodlarda bəxti gətirdi. Bununla belə, “qartallar” zəif oyunla da son çempionat matçında 4:1 hesabıyla yendikləri rəqib qarşısında cüzi üstünlük qazandı.
 
Bu futbolçuların əksəriyyətinin qışdan sonra “Səbail”də olmayacağı dəqiqdi. Onların 3 gündən sonra Zirədə meydana hansı əhvalda çıxması çox önəmlidi. Hələlik “dənizçilər”in vəziyyəti dəyişmək imkanı var.
 
AĞA
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm