Dünya futbolu
Ançelotti Premyer Liqa klubu ilə razılığa gəldi
Bir neçə gün öncə İtaliyanın “Napoli”…
Bir neçə gün öncə İtaliyanın “Napoli” klubunun istefaya göndərdiyi Karlo Ançelottinin işsiz günləri qısa sürəcək.
Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis İngiltərənin “Everton” klubunu çalışdırmağa yaxındı.
Britaniya mətbuatının yaydığı məlumata görə, Marko Silvanı istefaya göndərəndən bəri baş məşqçi axtarışında olan “Everton” məhz Ançelotti ilə razılığa gəlib. “Sky Sports”un iddiasına görə, prinsipial razılıq əldə edən tərəflər tezliklə rəsmi müqaviləyə imza atacaqlar. Ançelottinin hətta danışıqlar üçün Liverpul şəhərinə yollandığı bildirilir.
Qeyd edək ki, “Everton” Premyer Liqada 17 turdan sonra 18 xalla 16-cı pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”