Müsahibə
Ramin Musayevin “uzaqgörənliyi”
2020-2021 mövsümündə Azərbaycan Premyer Liqasında 10…
2020-2021 mövsümündə Azərbaycan Premyer Liqasında 10 komanda mübarizə aparacaq. Bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlayıb.
İTV-də yayımlanan "Bol idman" verilişində qonaq olan Musayev "Kəpəz" və "Turan Tovuz"un yenidən elitaya qayıdacağını bildirib: "Gələn mövsümdən Premyer Liqada 10 komanda olacaq. "Kəpəz"lə "Turan Tovuz" elitada çıxış edəcək".
Doğrusu, Musayevi uzaqgörənliyi heyrətləndirir. Yaxşı xəbərdi, amma elitaya bu komandaların yüksələcəyi bəllidisə, onda I divizionda yarış niyə keçirilir? Və ya lisenziya sənədləri təqdim olunmadan Ramin bəy yalnız bu komandaların tələbləri yerinə yetirəcəyini haradan bilir?
Təbii ki, AFFA-nın başı daşa dəyib, artıq bölgə klublarının çempionatda çox olmasının vacibliyini anlayıblar. Yəqin ki, bunun üzərində iş gedir. AFFA-nın baş katibi Elxan Məmmədov da son müsahibələrinin birində buna eyham vurmuşdu. Lakin konkret komanda adı çəkmək, zənnimizcə, qeyri-peşəkarlıqdı. Hələ tovuzlular danışılmış oyunlara görə əsas heyətin yarıdan çoxunun diskvalifikasiya olunmasına aydınlıq gətirsin, sonra Premyer Liqa haqda düşünərlər.
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu