Dünya futbolu
“Liverpul”un futbolçusu üçün il bitdi
“Liverpul”un Klublararası dünya çempionatınd…
“Liverpul”un Klublararası dünya çempionatında, “Flamenqo”nu 1:0 hesabıyla məğlub etdiyi final oyununda zədələnən futbolçusu Aleks-Oksleyd Çemberleynin vəziyyətinə aydınlıq gəlib.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingiltərəli futbolçu, 2019-cu ilin qalan iki oyununda iştirak etməyəcək. Komandanın baş məşqçisi Yurgen Klopp futbolçunun ayaq biləyindən zədələndiyini, onun “Letser” və “Vulverhempton”la oyunda iştirak etməyəcəyini bildirib:
“Çemberleynin ayaq biləyinin üç kənar bağlarından biri zədələnib. Sağalma prosesinin necə irəlilədiyini görməliyik, onun nə vaxt qayıdacağı ilə bağlı heç nə bilmirik”.
Cari mövsümdə “Liverpul”un heyətində 21 oyun keçirən futbolçu, 5 qolla yadda qalıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib