Ölkə futbolu
AFFA lisenziyaları təqdim etdi
AFFA-nın təşkilatçılığı ilə qadın futbolunda ça…
AFFA-nın təşkilatçılığı ilə qadın futbolunda çalışan məşqçilər üçün C kateqoriyalı məşqçi kursunun ikinci moduluna yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, 19 və 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmalarının baş məşqçiləri – Vüqar Əsgərli və Zamir Həsənovun iştirakı ilə keçirilən kursda 10 məşqçi iştirak edib.
Bu gün AFFA-nın Futbol akademiyasında kursu müvəffəqiyyətlə başa vuran məşqçilərə müvafiq diplomlar və lisenziyalar təqdim olunub.
Diplom və lisenziyaları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, təlimatçı Aslan Kərimov, Qadın Liqaları şöbəsinin rəhbəri Emin Cəfərov və 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Əsgərli təqdim edib.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı