Dünya futbolu
“Tottenhem” büdrədi, “Lester”lə MY qalib gəldi
Futbol üzrə İngiltərə Premyer Liqasında 20-ci tura start ver…
Futbol üzrə İngiltərə Premyer Liqasında 20-ci tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib.
Turun açılış matçında “Bornmut”la “Brayton” qarşılaşıb. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər. “Tottenhem” “Norviç”lə səfər oyununda xal itkisi ilə üzləşib. “Lester” səfərdə “Vest Hem”ə qalib gəlib. “Mançester Yunayted” isə “Bernli” səfərinə yollanıb və 2 cavabsız qolla üstün olub.
İngiltərə Premyer Liqası
20-ci tur
28 dekabr
Brayton – Bornmut 2:0
Qol: Cahanbaxş, 3. Muy, 79.
Nyukasl – Everton 1:2
Qol: Şar, 56 – Levin, 13; 64.
Sauthempton – Kristal Pelas 1:1
Qol: İnqs, 74 – Tomkins, 50.
Uotford – Aston Villa 3:0
Qol: Dini, 42; 67. Sarr, 71.
Norviç – Tottenhem 2:2
Qol: Vrançiç, 18. Orye, 61-öz qapısına – Eriksen, 55. H.Keyn, 83-pen.
Vest Hem – Lester 1:2
Qol: Fornals, 45 – İheanaço, 40. Qrey, 56.
Bernli – Mançester Yunayted 0:2
Qol: Marsyall, 44. Reşford, 90+5.
29 dekabr
18:00 Arsenal – Çelsi
20:30 Liverpul – Vulverhempton
22:00 Mançester Siti – Şeffild Yunayted
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var