Dünya futbolu
8 il kifayət etmədi…
“Çelsi” Entso Fernandeslə yeni müqavilə imzalayıb. Londonlular qışda “Benfika”dan transfer etdiyi argentinalı yarımmüdafiəçi ilə qısa müddətdə növbəti dəfə rəsmi sözləşməyə qol çəkib.
Keçid rəsmiləşərkən müqaviləyə anlaşmanın istənilən vaxt daha bir il uzadılması ilə bağlı bənd salınmışdı. “Zadəganlar” bu şansdan elə indi yararlanmaq qərarına gəlib.
Xatırladaq ki, “Çelsi” dünya çempionu üçün Portuqaliya klubuna 121 milyon avro ödəmiş, onunla 2031-ci ildə bitəcək müqavilə bağlamışdı. İndi isə bu müddət 2032-ci ilin yayında başa çatacaq.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”