Premyer-liqa
Fərhad Vəliyev IFFHS-in 68 dəqiqəliyində dayandı
“Qarabağ”ın qapıçısı Fərhad Vəliyevin quru s…
“Qarabağ”ın qapıçısı Fərhad Vəliyevin quru seriyası qırılıb. Futbolinfo.az xəbər verir ki, ardıcıl 5 matçdır qol buraxmayan qolkiper Topaz Premyer Liqasının 12-ci turunun “Qəbələ” ilə görüşündə 3 qol buraxıb.
Vəliyevin seriyasını 72-ci dəqiqədə Lorenso Ebesilio qırıb. Sonuncu dəfə VI turun “Rəvan”la səfər oyununda qol buraxan qapıçını həmin qarşılaşmanın 20-ci dəqiqəsində Sebastyan Kastro-Tello məyus etmişdi. Fərhadın quru seriyası 592 dəqiqə sürüb və qapıçı mövsümün rekorduna imza atıb.
Dünyanın ən uzun quru seriyalarının yer aldığı IFFHS-in (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) siyahısına düşmək üçün Vəliyevin 68 dəqiqəsi çatmadı. Belə ki, daha 1 saat 8 dəqiqə qapısını toxunulmaz saxlayacağı halda o, 660 dəqiqə səddini fəth edənlərin sırasına qoşulacaqdı. (PFL)
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq