Ölkə futbolu
“Qoca sinyora” ÇL-in ən qocasıdı
Çempionlar Liqasında iştirak edən komandaların yaş həddi …
Çempionlar Liqasında iştirak edən komandaların yaş həddi ilə bağlı araşdırma aparılıb. Futbolinfo.az xəbər verir ki, qitənin 1 nömrəli klub turnirinin ən gənc komandası "Anderlext" olub.
Belçika klubunun orta yaş həddi 22,7-di. Növbəti yerlərdə isə "Ayaks" (23,3), "Seltik" (24,5), "Borussiya" və "Şalke" (hər ikisi 25 yaş) qərarlaşıblar. Turnirin ən "qoca" komandası isə "Yuventus" olub. "Qoca Sinyora"nın orta yaş həddi 28,6-dı. Sonrakı pillələrdə "Zenit" (28,5), "Çelsi" (28,1), "Qalatasaray" (28,1) və "Mançester Siti" (27,4) yer alır.