Ölkə futbolu
"Rəvan" "Sumqayıt"la oyun üçün hazırlığa başladı
"Rəvan" Topaz Premyer Liqasının 13-cü turunda "…
"Rəvan" Topaz Premyer Liqasının 13-cü turunda "Sumqayıt” klubunu qəbul edəcək. Azerisport.az xəbər verir ki, bu komanda noyabrın 8-də baş tutacaq görüş üçün artıq hazırlıqlara start verib.
Ötən gün səhər məşqi "Bayıl Arena”da baş tutub. Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında baş tutan hazırlıqda Elvin Həsənəliyev və Aqil Nəbiyev iştirak etməyib. Səbəb futbolçuların özlərini yaxşı hiss etməməsidi. Kristian Torres ilə Rəşad Abdullayev isə fərdi məşqlərlə kifayətlənib.
Əvəzində Sohib Savankulov bütün komanda ilə ümumi qrupda çalışıb. Daha çox fiziki hazırlığa yer ayrılan məşqdə Diniyev yetirmələrinin toplu davranışlarını təkmilləşdirməsi üçün də vaxt ayırıb. (klub saytı)