Müsahibə
"Azərbaycanlılarla ünsiyyət qurmaq çətindi"
“Xəzər Lənkəran”ın qapıçısı Duqlas Leyte Br…
“Xəzər Lənkəran”ın qapıçısı Duqlas Leyte Braziliya mətbuatına müsahibə verib. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir.
– Azərbaycanda necə yaşayırsınız?
– Çox sakit. Biz Bakıda qalırıq, bura ölkənin paytaxtıdı. Əhali iki milyon nəfərdən azca çoxdu. Bu şəhərdə lazım olan hər şey var – ticarət mərkəzləri, parklar. Bura çox təhlükəsizdi. Baxmayaraq ki, son vaxtlar hava alışmadığım qədər sərinləyib.
– Azərbaycan müsəlman ölkəsidi?
– Bəli, burada gündə üç-dörd dəfə ibadət edirlər. Ancaq qadınlar pərəncə daşımır, çox sərbəst geyinirlər. Azərbaycan çox liberal ölkədi.
– Sizə bura alışmaq çətin oldu?
– Yox. Biz Bakıya çox tez öyrəşdik. Qızım xüsusi məktəbə gedir. Heç bir problem yoxdu.
– Bəs mətbəx?
– Həyat yoldaşım Braziliyadan çoxlu ərzaq gətirib. Ancaq mən də yerli mətbəxi sevməyə vaxt tapmışam. Evdə olanda əsasən Braziliya mətbəxindən yeməklər yeyirəm. Səfərdə olanda isə bütün komandanın qidalandığı kimi qidalanıram.
– İşləriniz necədi?
– Şərait çox yaxşıdı. Klub lazım olan hər şeylə təchiz olunub. Azərbaycan Super Kubokunda qələbə bizə vacib idi. Bu, “Neftçi” üzərində gözəl qələbə idi. Biz nailiyyətlərimizdən çox xoşbəxtik.
– Yerli dili öyrənməyə vaxt tapmışız?
– Futbolda hamı bir-birini bir kəlmədən başa düşür. Meydandan kənarda ingiliscə danışmağa çalışırıq. Portuqalcadan tərcüməçimiz var. Yerli əhali ilə ünsiyyət qurmaq isə çətindi. Hər azərbaycanlı ingiliscə bilmir.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var