Ölkə futbolu
“Bakı”nın yetirmələri “Atletiko” ilə tanış oldular
“Bakı” Futbol Klubu prezident İlham Əliyevin “200…
“Bakı” Futbol Klubu prezident İlham Əliyevin “2005-2015-ci illərdə ölkədə futbolun inkişafına dair dövlət proqramı”na dəstəyini davam etdirir. Azerisport.az xəbər verir ki, klubun 1999-cu il təvəllüdlü 5 futbolçusu – Ruslan Süleymanov, Adıgözəl Qəlbinur, Rəşid Əliyev, Asim Abdullazadə və Cavid Mikayıllını noyabrın 2-də minimum 3 il təlim-tədris almaq üçün Madrid “Atletiko”sunun futbol akademiyasına yola düşdü.
Artıq “Bakı”nın yetirmələri Madrid şəhəri və “Atletiko” klubu ilə tanış olmaq imkanı qazanıblar. Belə ki, noyabrın 3-də yeniyetmə futbolçular “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) ifadəsini formasında daşıyan “Atletiko”nun ev oyunlarını keçirdiyi “Visente Kalderon” stadionunda olublar. Klubun strukturu, bazası ilə tanış olan yeniyetmələrimiz komandanın qazanmış olduğu kubokla şəkil çəkdirməyə də imkan tapıblar. Daha sonra Madrid təmsilçisinin sponsorlarından biri olan “Coca- Cola” şirkəti azərbaycanlı futbolçulara üzərinə onların adları həkk olunan içkilərini təqdim edib. Sonda “Bakı”nın yetirmələri İspaniya çempionatının 12-ci turu çərçivəsində “Atletiko” (Madrid) və “Atletiko” (Bilbao) arasında baş tutan (2:0) matçı izləyiblər. (klub saytı)