Ölkə futbolu
“Ətrafda gəzən insanları görmək xoşdur” – Qadze
“Zirə”nin hücumçusu Riçard Qadzenin futbolinfo.az-a müsahibəsi
– Hazırda özünü necə hiss edirsən?
– İndi özümü daha rahat hiss edirəm. Allaha şükür ki, vəziyyət yaxşılaşır. Azərbaycanda durum indi əvvəlkindən daha yaxşıdır. Ətrafda gəzən insanları görmək xoşdur. Bu yaxşılığa doğru işarədir. Bugünə qədər mümkün olan bütün sağlamlıq sektorlarını təbrik etmək istəyirəm, gördükləri iş təqdirəlayiqdir.
– Karantin dövrünü necə keçirdiniz?
– İntensiv şəkildə olmasa da, bacardığımı qədər evdə məşq etdik. Onlayn məşqlər oldu. Meydanda olarkən bütün bunlar bizə kömək edəcək.
– Futboldan ötrü darıxmamaq üçün nə edirdiz?
– Futbol üçün çox darıxmışam. Bu? mənim həyatımdır və mən onu sevirəm. Elə bil ki, çox sevdiyim bir şeyi əlimdən alıblar. Evdə futbol oynamaq mümkün olmadığı üçün sadəcə məşq edirəm. Bəzi matçları izləyirəm ki, futbola baxım.
– Nə zaman yaşıl meydanlara dönəcəyinizə ümid edirsiz?
– Vəziyyətin bir az yaxşı olduğuna görə sevincliyəm. Ən qısa müddətdə meydanlara dönəcəyimizə inanıram.
– Səncə, öz oyununuzu bu çətin dönəmdən sonra göstərə biləcəksiz?
– Düşünürəm ki, bizə 2-3 həftəyə yaxın vaxt lazım olacaq.
– Uzunmüddətli fasilə hədəfinizə çatmağınıza mane ola bilərmi?
– Bu fasilə bizim günahımız deyil. Sadəcə vəziyyətimizə uyğunlaşmalıyıq ki, hədəfimizə çataq. İstənilən qərara hazırıq. Avropa Liqasına getmək üçün yaxşı şansımız var.
AĞA