Dünya futbolu
"Futboldan at yarışına görə getdim"
Futbol üzrə İngiltərə millisinin keçmiş hücum&cc…
Futbol üzrə İngiltərə millisinin keçmiş hücumçusu Maykl Ouen futbolçu karyerasını bitirməsinin səbəbləri haqda danışıb. Futbolinfo.az xəbər verir ki, sahib olduğu Broun Panter adlı atının qatıldığı bir yarışmanı izləməyə gələn keçmiş futbolçu məhz bu cür turnirlərdə iştirak etmək üçün futboldan getdiyini deyib:
"At yarışlarına baxmaq mənə xüsusi zövq verir. 15 ildi at yarışlarına qatılıram. "Melbrun" kubokunu qazanan ilk ingilis olmaq istəyirəm".
Qeyd edək ki, Ouen futbolçu karyerası ərzində "Liverpul", "Real" (Madrid), "Nyukasl", "Mançester Yunayted"də forma geyib.