Digər idman növləri
9 boksçumuz finalda
Gənc boksçular arasında Abbas Ağalarovun xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirdə Azərbaycan millisinin 9 üzvü finala yüksəlib, 13-ü bürünc medal qazanıb. Bakı Boks Mərkəzində baş tutan ənənəvi yarışda yarımfinal mərhələsinə yekun vurulub.
26 döyüşdə Azərbaycan millisinin 22 boksçusu rinqə çıxıb. Onlardan 9-u adını finala yazdırıb, 13 nəfər isə yarımfinalda məğlub olub.
Qazaxıstan yığmasının da 9 idmançısı finalda mübarizə aparacaq. Həlledici döyüşlərdə Özbəkistanla Tacikistan hərəyə 3, Rusiya 2 nəfərlə təmsil olunacaq. Səudiyyə Ərəbistanı yığmasının idmançıları 1/4 final, “Royal” (Litva) klubunun boksçuları isə yarımfinal səddini keçə bilməyiblər.
Finallar bu gün başlayacaq.
Qeyd edək ki, yarışa 7 komandanın 97 boksçusu qatılıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…