Premyer-liqa
"Qəbələ" "Xəzər Lənkəran" ilə matçın hazırlığına bu gün başlayır
"Qarabağ" – "Qəbələ" (4:3) matçının a…
"Qarabağ" – "Qəbələ" (4:3) matçının ardından 2 günlük istirahətə buraxılan "qırmızı-qaralar" bu gündən Premyer Liqanın 13-cü turu çərçivəsində keçiriləcək "Xəzər Lənkəran"la qarşılaşmanın hazırlıqlarına start verir. Futbolinfo.az xəbər verir ki, baş məşqçi Yuri Syominin rəhbərliyi altında doğma məkanda biraraya gələn komanda günü 1 məşqlə yekunlaşdıracaq.
Zədəsi sağalan Tərzin Cahangirov komanda ilə məşqlərə qatılacaq. Digər zədəlilər – Rail Məlikov, Omar Kalabane və Abdulvahid Afolabinin bərpa prosesi davam edir.
Xatırladaq ki, "Xəzər Lənkəran" – "Qəbələ" matçı bazar günü – noyabrın 10-da, saat 17:00-da Lənkəran şəhər stadionunda baş tutacaq. "Qəbələ" 1 gün öncə Lənkərana yollanacaq.