Dünya futbolu
"Bavariya"dan rekord
Çempionlar Liqasının qrup mərhələsində Çexiyada &q…
Çempionlar Liqasının qrup mərhələsində Çexiyada "Viktoriya"ya 1:0 hesabı ilə qalib gələn "Bavariya" yeni rekord müəyyənləşdirib. Futbolinfo.az xəbər verir ki, turnirdə ardıcıl 9-cu qələbəsini qazanan Münhen təmsilçisi "Barselona"nın rekordunu təkrarlayıb.
“Pivəçilər” bu qələbələrin 5-ni ötən mövsüm, 4-nü isə cari mövsüm qazanıb. “Bavariya” növbəti oyunda da qalib gəlsə “Barsa”nın 2002/03 mövsümündə qırdığı rekordu geridə qoyacaq. Məsələ ilə bağlı almanların baş məşqçisi Xosep Qvardiola da açıqlama verib:
"Bu qələbə turnirin tarixinə həkk olunduğu üçün çox şadam. "Barselona"nın rekordunu təkrarlamaq mənə çox xoşdu. Ancaq hər bir məşqçi yeni rekordlara can atır. Mən də "Barselona"nın rekordunu keçmək istəyirəm. Bu ÇSKA oyunda bizə əlavə stimul verəcək. Qeyd edək ki, bu rekordun qazanılmasında "Bavariya"nın sabiq baş məşqçisi Yupp Haynkesin də böyük rolu olub".