Bizi izləyin

Premyer-liqa

Saxta və əsl "böyük oyun"

Çempionat üzükdüsə, mütləq onun qaşı ol…

blank
Çempionat üzükdüsə, mütləq onun qaşı olmalıdı. Hər bir çempionatın özünəməxsus qaş funksiyasını daşıyan bir böyük oyununun olması şərtdi.
 
Ümumiyyətlə, dünyada bir nömrəli oyunu olmayan çempionat yoxdu. Məsələn, İngiltərədə "M.Y" – "Liverpul", İspaniyada "Real" – "Barselona", İtaliyada "Milan" – "Yuventus" və Türkiyədə "Qalatasaray" – "Fənərbaxça" qarşıdurmalarını ön plana çəkmək olar. Siyahını nə qədər istəyirsiz, uzatmaq olar. Məsələ ondadı ki, heç bir ölkədə "geydirmə" və saxta böyük oyunlar yoxdu. Yəni orada hamı çempionatın şah oyununun möhtəşəmliyinə şübhə etmir.
 
Amma çox heyf ki, Azərbaycan çempionatları tarixində dəfələrlə "flaqman" "Neftçi"nin rəqibləri dəyişib. Bir ara "Neftçi"nin əsas rəqibi kimi "Kəpəz"in adı çəkilirdisə, sonradan bu estafeti "Şəmkir" daşıdı. İndi də "Neftçi" – "Xəzər Lənkəran" qarşılaşmasına "böyük oyun" adı verirlər.
 
Düzü, hər nə qədər ölkə mətbuatı və azarkeşləri bu oyunun əhəmiyyətindən ağzıdolusu danışsa da, bir qədər dərindən düşünəndə heç də hər şeyin görünən kimi olmadığını söyləməliyik. Etiraf edim ki, bu "böyük oyun" anlayışını "Xəzər Lənkəran" azarkeşləri ortaya atıb. Yəni, bu komanda təbii şəkildə "Neftçi"nin rəqibi olmayıb. Sadəcə, lənkəranlı azarkeşlərin "Neftçi"yə qıcığı süni şəkildə belə bir rəqabətin yaranmasına səbəb olub. Nə var-nə var, Azərbaycanda ən çılğın azarkeşlər Lənkərandadı deyə, məhz onların sevimliləri "Neftçi"yə rəqib olmalıdı. Bu nəzəriyyə kökündən yanlışdı.
 
Kor-kor, gör-gör…
 
Məsələ ondadı ki, yazılmamış qanunlara görə ("yazılmamış" sözünə irad tutursuzsa, gedin yazılmış qanunları mənə gətirin) ölkənin şah oyunu yüksək liqa yaranandan orada qərarlaşan komandalar bir-biriylə prinsipial rəqibə çevrilir. Daha sonradan peyda olan komandanı "göbələk" kimi ortaya atmırlar. Bu məntiqə əsaslansaq, "Xəzər Lənkəran" 2004-cü ildə elitada peyda olduğuna görə (mən ilk çempionatda oynayıb sonradan dağılan komandaya istinad edilməsinə ciddi baxmıram) "Neftçi"yə rəqib olmamalıdı.
 
Azərbaycanda yüksək liqa bərqərar olandan "Neftçi" həmişə çempionluq uğrunda mübarizə aparan və ən azı iddialılardan olan "Qarabağ"la münasibətlərinə aydınlıq gətirib. Ən azı buna görə "Neftçi"ylə "Qarabağ" arasında oyunlar elitanın şah əsəri olmalıdı. Madam illərlə "Neftçi"nin "böyük oyun"larda rəqibi dəyişibsə, bundan sonra da haqqın yolunu tapıb "ağ-qaralar"ın rəqibini dəyişək.
 
Lap "Qarabağ"ın "Neftçi"ylə birgə elitada yarışmasını bir kənara qoyaq, hazırda bir çox komponentlərdə "Xəzər Lənkəran" bakılıların rəqibi olması üçün ağdamlılarla ayaqlaşa bilmir. Buna səbəb "Qarabağ"ın "Xəzər Lənkəran"dan fərqli Avropa səhnəsində yaxşı çıxışıyla yadda qalmasıdı. 3 mövsüm Avropa Liqasının qrup mərhələsinin astanasında olmaq bizim futbol üçün fantastik nəticədi. "Xəzər Lənkəran" isə tarixi boyunca 2 dəfə avrokuboklarda mərhələ adlayıb, özü də onların heç birində 1 mərhələdən uzağa gedə bilməyib. Üstəlik, bu komandaların meydanda sərgilədiyi oyunu və nəticələri arasında da böyük fərqlər var. Siz "Qarabağ"ın hansısa bir komandaya evdə 0:8 hesablı məğlub olacağını təsəvvür edirsiz? Özü də ikinci mərhələdə. 0:8 isə qəza yox, sadəcə, faciədi. Yəni avrokuboklarda bərbad imiciylə yadda qalan komandanı gətirib "Neftçi"yə rəqib etmək gülüncdü.
 
Bəli, hazırda Azərbaycanı avrokuboklarda uğurla təmsil edən komandalar "Neftçi"ylə "Qarabağ"dı. Qoy elə onlar da çempionatda bir-birinə əsas rəqib olsunlar.
 
Bircə azarkeş problemi var ki, o da…
 
"Xəzər Lənkəran"la müqayisədə "Qarabağ" son 10 ildə çempion olmasa da, liderlik uğrunda mübarizədə həmişə öz sözünü deyib. Yəni, "Qarabağ"ın "zirzəmi"yə yaxın mövqedə qərarlaşmasını heç kim xatırlamır. Amma son iki mövsümdə "Xəzər Lənkəran"la "Qarabağ"ın səviyyəsi arasında yerlə göy qədər uçurum var. Ötən mövsüm cənublular heç ilk "6-lığ"a vəsiqə qazana bilmədisə, hazırda da "ağ-yaşıllar" 8-ci pillədə qərarlaşıb. Əlbəttə, yaxın gələcəkdə lənkəranlılar özünə gələ bilər. Amma bu gedişlə "Qarabağ"ın türklər demişkən, "dibə vuracağı"nı söyləmək olmur. Hazırda sistemlə oynayan ağdamlıların doğru yolda olduğunu görürüksə, "Xəzər Lənkəran" hələ də axtarışdadı. Ağdam klubu uzun müddət Qurban Qurbanova dəstək verməklə sistem formalaşdırmağı bacarıbsa, "Xəzər Lənkəran" hər il bir məşqçi dəyişir (Ekspress).
 
Əlbəttə, məşqçi dəyişiklikləri "böyük oyun" keyfiyyətlərinə xələl gətirən amil deyil. Eləyə qalsa, "Neftçi"də də tez-tez məşqçi dəyişiklikləri olur. Amma "ağ-qaralar" kimin başçılığı altında oynamasından asılı olmayaraq, öz oyun üslubuna sadiqdi. Amma yarandığı gündən "Neftçi"ylə "Qarabağ"dan fərqli "Xəzər Lənkəran"ın hansı məzhəbə qulluq etdiyi məlum deyil. Bununla yanaşı, Lənkəran klubundan fərqli "Neftçi"ylə "Qarabağ" həmişə yığmaya çox oyunçu verib. Həm də bu komandaların yetişdirdikləri oyunçular var. Cənublular isə həmişə ondan-bundan nəsə qoparıb.
 
Hə, bu mənada "Qarabağ"ın XL kimi azarkeş toplamamasını və "Neftçi"ylə matçlarda böyük ajiotaj yaşanmamasını qabartmaq olar. Bunun da bir səbəbi var: "Qarabağ" Quzanlıda oynamır! Hazırda Qurban Qurbanovun komandası Ağdamda oynasaydı, orada "ağ-qaralar"la oyun əla atmosfer şəraitində baş tutacaqdı. Komanda yurdundan didərgin düşəndə azarkeş probleminin yaşanması normal haldı. Həm də ki, Lənkəranda və Bakıdakı vəhşiliyi "böyük oyun"a yaraşdırmaq nəvaxtdan qəhrəmanlıq sayılıb ki. Mənə "Panatinaikos" – "Olimpiakos" və ya "Partizan" – "Srvena Zvezda" oyunlarında vəhşiliyi nümunə göstərmək lazım deyil. Mən yuxarıda "Real" – "Barselona" və "M.Y" – "Liverpul" matçından danışdım. Həmin oyunlarda azarkeşlər xuliqanlıq etmir.
 
Sözümün canı odu ki, bütün bu deyilənləri əsas gətirərək "Neftçi" – "Qarabağ" matçının "böyük oyun" olmasını tələb edirəm! Məncə, bu, ən obyektiv seçimdi.
 
FƏRİD
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm