Dünya futbolu
Abışovun komandası Avroliqanın pley-off mərhələsində
UEFA Avropa Liqasında qrup mərhələsinin 4-ci turunun oyunları ke&…
UEFA Avropa Liqasında qrup mərhələsinin 4-ci turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu Rusiyanın “Rubin” klubu da bu gün növbəti matçına çıxıb.
Həmyerlimizin komandası İngiltərənin “Viqan” komandasını qəbul edib. Bu komanda ilə səfərdəki oyun 1:1 hesabıyla başa çatmışdı. Lakin bu dəfə kazanlılar minimal hesabla qalib gələ biliblər.
Son oyunlarda meydana çıxmaq şansı qazanmayan Ruslanın Avroliqa matçında forma geyib-geyməyəcəyi maraqla gözlənilirdi. Təəssüf ki, o, bu görüşün də iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Rubin" hazırda öz yarımqrupunda 10 xalla birinci yerdə gedir. Bu nəticə ilə Abışovun komandası son iki oyunun nəticəsindən asılı olmayaraq Avroliqanın pley-off mərhələsinə vəsiqəni təmin edib.
Avropa Liqası
Qrup mərhələsi
D qrupu
7 noyabr
Rubin – Viqan – 1:0