Müsahibə
Kərim Diniyev: "Rəvan"la oyunda "Sumqayıt"ın qələbə qazanmasını istəyirəm
"Sumqayıt"ın gənc futbolçusu Kərim Diniyev futbol…
"Sumqayıt"ın gənc futbolçusu Kərim Diniyev futbolinfo.az saytına müsahibə verib. O, öz çıxışından, eləcə də komandasının Topaz Premyer Liqasının 13-cü turunda atasının çalışdırdığı "Rəvan"la görüşündəki şanslarından danışıb:
– Əsas komandada ilk 18-liyə salınmamağına səbəb nədi?
– Bu, baş məşqçinin qərarıdı. O, necə istəyirsə, elə də olmalıdı. Baş məşqçimiz deyib ki, məni əsas heyətə qırmızı vərəqə aldığıma görə salmır. Mən də oyun təcrübəmi itirməmək üçün əvəzedicilərdə oynayıram. Baş məşqçi ilə söhbətimiz oldu. Xahiş etdim ki, ikinci komandada oynamağıma şərait yaratsın. Yəni əvəzedici komandada öz istəyimlə oynayıram.
– Bu, nə vaxta qədər davam edəcək?
– Bu, mənim səlahiyyətimə daxil deyil. Baş məşqçi ehtiyac duysa, çağıracaq. Çağırmırsa, deməli mənə ehtiyac yoxdu.
– Bu, mənim səlahiyyətimə daxil deyil. Baş məşqçi ehtiyac duysa, çağıracaq. Çağırmırsa, deməli mənə ehtiyac yoxdu.
– Komandanın durumu səni qane edirmi? "Sumqayıt" hazırda turnir cədvəlində sonuncu yerdədi…
– Əlbəttə, qane edə bilməz. Mən böyük komandalarda çıxış etmək istəyirəm. Komandamın sonuncu yerdə getməsi mənə də pis təsir edir. Amma çalışacağıq bu durumu düzəldək.
– Əlbəttə, qane edə bilməz. Mən böyük komandalarda çıxış etmək istəyirəm. Komandamın sonuncu yerdə getməsi mənə də pis təsir edir. Amma çalışacağıq bu durumu düzəldək.
– Çıxış yolunu nədə görürsən?
– Baş məşqçinin verdiyi tapşırıqları maksimum yerinə yetirməliyik. Çalışırıq, əlimizdən gələni edirik ki, indiki vəziyyəti yaxşılaşdıraq. Hələ ki, alınmır. Amma qarşıda 25-dən çox oyun var. Hər şey ola bilər.
– Evdə atan sənə hansısa məsləhət verirmi?
– Əlbəttə. Futbol biliklərini mənimlə paylaşır. Mən də çalışıram onun dediklərini yerinə yetirəm. Hər oyundan sonra səhvlərimi deyir. Mən də öz növbəmdə bunlardan nəticə çıxarmağa çalışıram.
– Sabah sənin forma geydiyin "Sumqayıt"la atanın çalşdırdığı "Rəvan" qarşılaşacaq. Bu oyundan nə gözləyirsən?
– Sözsüz ki, "Sumqayıt"ın qələbə qazanmasını istəyirəm. Başqa cür ola da biləz. Bu, mənim öz klubumdu. Burada işləyib, çörək pulu qazanıram.
KƏMALƏ İSMAYILOVA