Dünya futbolu
Əziz Yıldırıma 5 il 4 ay həbs cəzası verilə bilər
Türkiyənin "Fənərbaxça" klubunun prezidenti ?…
Türkiyənin "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırıma həbs cəzası verilə bilər. Futbolinfo.az xəbər verir ki, Əziz Yıldırım 27 iyundakı mətbuat konfransında vəkili və klubun əvvəlki idarəçilərindən olan Rəcəb Özcanı təhqir etdiyi üçün onun əleyhinə cinayət işi açılıb.
Lakin Yıldırım buna etiraz edib və bu xəbəri təkzib edib. O açıqlamasında bunları deyib:
"Rəcəb Özcan məhkəməyə şikayət edərək mənim klubun üzvlüyündən çıxarılmağımı istəyib. Rəcəb əvvəlcə öz keçmişinə baxsın. Onun hələ də rüşvət üstündə davam edən məhkəmələri var. Onun haqqı yoxdu ki, mənim klubun üzvlüyündən çıxarılmağımı tələb etsin".