Dünya futbolu

Ançelotti üçün yubileylə gələn rekord

4027792 81693488 2560 1440 - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

Karlo Ançelotti İspaniya La Liqasında 39 matçdır uduzmayan ilk baş məşqçi oldu. O, “Real Sosyedad”ın əfanəvi məşqçisi Alberto Ormeçeaya məxsus rekordu yenilədi.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis hədəfinə dünən çatdı. Bu, madridlilərin növbəti tur çərçivəsində “Alaves”i 3:2 hesabı ilə məğlub etdiyi görüşdə reallaşdı. Amma klub seriyasında zirvədə hələ də “Barselona”dır. “Real” əzəli rəqibinə çatmaq üçün növbəti 4 matçda da yenilməməlidir.

Onu da qeyd edək ki, dünən Ançelotti “Real”ın baş məşqçi postunda 300-cü oyuna çıxdı. 216 qələbə, 45 heç-heçə və 39 məğlubiyyət görən mütəxəssis 14 titul qazanıb.

Shares: