Dünya futbolu

“Real”ın futbolçusu yanvardan tez sağalmayacaq

0a088971 ef25 4a01 a65b 8f544df4d7d3 - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

Madrid “Real”ının müdafiəçisi David Alabanın dizindən aldığı zədədən sonra sağalma müddəti məlum olub.

“Relevo”nun məlumatına görə, 32 yaşlı futbolçunun oktyabrda qayıda biləcəyi planlaşdırılırdı. İndi isə onun yanvardan tez geri dönməyəcəyi bildirilir. Alaba hələlik fərdi məşqlərini davam etdirir.

Müdafiəçi 2023-cü ilin dekabrında “Real”ın “Vilyarreal”la oyununda (4:1) zədələnib. Həmin oyunda o, sol ayağındakı çarpaz bağlarından xəsarət almışdı.

Futbolçunun “Real”la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalı futbolçunun dəyərini 20 milyon avro kimi göstərir.

Shares: