Dünya futbolu

Karvahal dəstəyə çəliklə gəldi

250f106b 654e 4b2d 96cd 09c083293d3d - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

Madrid “Real”ının mətbuat xidməti Dani Karvahalın oktyabrın 22-də Dortmund “Borussiya”sı ilə Çempionlar Liqası matçı öncəsi komandanın məşqini izlədiyini nümayiş etdirib. İspan futbolçu Karlo Ançelottinin yanında məşqçilər skamyasında əyləşib.

Madrid klubunun sosial şəbəkələrində dərc edilən şəkilin altında belə bir yazıda var: “Karvahal sağalmağa başlayır”.

Fotoda Karvahalın yanındakı çəliklər də əks olunub. Əməliyyatdan sonra müdafiəçi onların köməyi ilə hərəkət edir.

Xatırladaq ki, Dani “Vilyarreal”la oyunun (2:0) sonunda dizindən ciddi zədə alıb. Daha sonra əməliyyat olunan futbolçunun müalicə müddəti bir ilə qədər çəkə bilər.

Shares: