Digər idman növləri

Çempion Rotterdam turnirindən imtina etdi

c00c5630 f6f7 4c96 98b6 a0e282b3f373 - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

“Böyük Dəbilqə” turnirlərinin üçqat qalibi, dünyanın birinci raketkası, italiyalı tennisçi Yannik Sinner fevralın 3-dən 9-dək Rotterdamda keçiriləcək ATP-500 turnirində iştirakdan imtina edib. Bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Sinnerin imtina etməsinin səbəbi Avstraliya Açıq Çempionatından sonrakı yorğunluqdur. Yannik Rotterdam turnirinin çempionudur. Keçənilki finalda o, avstraliyalı Aleks de Minauru məğlub edib.

Sinnerin imtinasında sonra turnirin bir nömrəsi dünyanın üçüncü raketkası ispan Karlos Alkaras olacaq.

Shares: