“Mançester Yunayted” Karlos Kazemirodan qurtulmaq üçün yollar axtarır. Yeni baş məşqçi Ruben Amorim braziliyalıya əsas heyət üzvü gözü ilə baxmır və bu barədə rəhbərliyi məlumatlandırıb.
Futbolinfo.az xəbər verir ki, mançesterlilər yarımmüdafiəçiyə müştəri tapa bilmir. Bu səbəbdən onun icarəyə verilməsi müzakirə olunur. Belə istəklə müraciət edən yeganə klub “Roma”dır. Hazırda İtaliya təmsilçisi ilə danışıqlar aparılır.
Karlosun Səudiyyə Ərəbistanına getmək variantı alınmayıb. “Əl-Nəsr”in ulduzu Kriştianu Ronaldo “Real”da birgə oynadığı braziliyalının alınması üçün rəhbərliyə müraciət etsə də, keçid reallaşmayıb. Beləliklə, ən real variant “Roma”dır.
Kazemiro 2022-ci iln yayında 70 milyon avro müqabilndə “Real”dan transfer edilmişdi. 32 yaşlı braziliyalının anlaşması gələn mövsümün sonuna qədərdir.





