Çimərlik voleybolu üzrə oğlanlardan ibarət Azərbaycan millisi Latviya açıq çempionatında iştirak edəcək.
Futbolinfo.az bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən məlumat verir.
Yığma bu gün yarışın keçiriləcəyi Riqa şəhərinə yola düşüb.
Çimərlik voleybolçuları burada latviyalı mütəxəssis Atvars Vildenin rəhbərliyi ilə fevralın 23-dək təlim-məşq toplanışı keçəcəklər.