Fransanın paytaxtı Parisdə keçirilən auksionda Mixael Şumaxerin 1992-ci il mövsümündə “Benetton” komandasında çıxış etdiyi dəbilqəsi satılıb.

Dəbilqənın hərracda satış qiyməti 36 min avro təşkil edib. Yeddiqat dünya çempionuna məxsus dəbilqənin özəllikləri kimi aşağıdakılar qeyd edilib.

1. Şumaxerin istifadə etdiyi ən erkən “Bell” şirkəti tərəfindən istehsal edilən dəbilqələrindən biri. Dəbilqə yağışdan qorunma sisteminə və havalandırma dəliklərinə malikdir.

2. Şumaxer onu Almaniya qran-prisi zamanı həftəsonu geyinilib.

3. Həmçinin, bu dəbilqə böyük ehtimalla 1992-ci il Belçika qran-prisinin təsnifat mərhələsində istifadə edilib.

4. Dəbilqə “Spa-Francorchamps”da qələbədən sonra Şumaxer tərəfindən hazırkı sahibinə bağışlanılıb.

Shares: