Böyük Britaniyanın “Aston Martin” komandası 2025-ci il mövsümü üçün avtomobilin təqdimat tarixini açıqlayıb. Yarış komandasının mətbuat xidmətindən verilən məlumata görə, təqdimat fevralın 23-də baş tutacaq.

Avtomobil təqdimatın ertəsi günü Bəhreyndə test sınağına çıacaq. Formula 1 komandalarının təqdimat tarixləri:

14 fevral – “Vilyams”;

16 fevral – “Haas”;

18 fevral – Londonda bütün komandaların ümumi təqdimatı;

19 fevral – “Ferrari”;

23 fevral – “Aston Martin”;

24 fevral – “Mersedes”.

Shares: