ABŞ prezidenti Donald Tramp qızların orta məktəb idman yarışlarında transgenderlərin iştirakını qadağan edən sərəncam imzalayıb.
“Biz qadın idmançıların ənənəsini qoruyacağıq. Qadın idmanı yalnız qadınlar üçün olacaq. Federal maliyyə yardımı olmayacaq. Beləliklə də, bu, qadın idmançılara qarşı hücumlara faktiki olaraq son qoyacaq”, – deyə ABŞ prezidenti bildirib.
Xatırladaq ki, qanun layihəsi 218 əleyhinə, 206 əleyhinə səslə konqresdə təsdiqlənib. Respublika Partiyasının bütün nümayəndələri (216 nəfər) transgenderlərin qadınların yarışlarında iştirakına qadağa qoyulmasını dəstəkləyib.