“Napoli” Georgi Sudakovu heyətinə qata bilər. İtaliya klubu ukraynalı yarımmüdafiəçiyə Xviça Kvaratsxeliyanın xələfi gözü ilə baxır.
Futbolinfo.az “Calcıomercato” ya istinadla xəbər verir ki, tezliklə “Şaxtyor”la danışıqlar yekunlaşacaq. A Seiyası təmsilçisi 22 yaşlı oyunçu üçün donetsklilərə 30 milyon avro ödəməyə hazırdır. Ukrayna klubu isə 2028-ci ilin yayınadək müqaviləsi olan yetrməsini daha yüksək qiymətləndirir və bu üzdən müzakirələr uzanır.
Xatırladaq ki, Kvaratsxeliya ötən ay PSJ-yə transfer olunub. Neapollular hələ də gürcüyə əvəzedici tapmayıb.