Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, U-19 növbəti dəfə Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında iki gün əvvəl keçirilən ilk görüşdə də Belarus seçməsi 2:0 hesablı qələbə qazanıb.