Digər idman növləri

Dohada finalçılar müəyyənləşdi

56ba0c06 830c 4489 bcc7 e3550d7e01b4 - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

Qətərin paytaxtı Dohada ATP500 turnirində yarımfinal oyunları baş tutub.

Rusiyalı Andrey Rublyov 3 setdə Feliks Ojye Aliassimi məğlub edib. İlk set 7:5 hesabı ilə Rublyovun xeyrinə başa çatıb. İkinci setdə kanadalı tennisçi tarazlığı 6:4-lə bərpa edib. Həlledici setin və oyunun taleyi tay-breykdə müəyyənləşib. Rublyov 3 matçbolu əldən versə də, qələbəni təmin etməyi bacarıb – 7:6 (7:5).

Digər yarımfinal oyununda da ssenari bənzər olub. Cek Dreyper İrji Lexeçkaya 3 setdə qalib gəlib – 3:6, 7:6, 6:3.

Beləliklə, finalda Andrey Rublyovla ingiltərəli Cek Dreyper qarşılaşacaq.

Shares: