Bu gün Misli Premyer Liqasında 13-cü tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun son oyunu “Qəbələ” və “Araz-Naxçıvan” arasında keçirilib.
Üç qolun qeydə alındığı oyunda meydan sahibləri qələbə sevinci yaşayıblar.
Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Kəpəz” “Zirə”yə (0:2), “İmişli” “Sabah”a (0:3), “Şamaxı” “Sumqayıt”a (1:2) uduzub, “Qarabağ” “Karvan-Yevlax”a (2:0) qalib gəlib, “Turan Tovuz” – “Neftçi” matçı isə qolsuz yekunlaşıb.
Misli Premyer Liqası
13-cü tur
30 noyabr
“Qəbələ” – “Araz-Naxçıvan” 2:1
Qollar: Prins Ovusu, 15. Adriel Ba Lua, 59 – Bəxtiyar Həsənalızadə, 34.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Namiq Hüseynov, Əkbər Əhmədov.
Qəbələ şəhər stadionu, 16:30.
Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 50. Adriel Ba Lua, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 27. Eşqin Əhmədov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 3. Eduardo Kunde.
Baş məşqçi: Kaxaber Sxadadze.
Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 8. Coşqun Diniyev, 16. Ramon Maçado, 6. Patrik Andrade, 17. İssuf Paro, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 19. Bar Kohen.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta.
Baş məşqçi: Elmar Baxşıyev.






