Aprelin 14-də gənclər və idman naziri Fərid Qayıbov Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinovu qəbul edib.
Futbolinfo.az xəbər verir ki, qonağı salamlayan nazir ölkəmizdə idman sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib.
Görüş zamanı Azərbaycan ilə Avropa Atletika Assosiasiyası arasında əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Görüşdə Avropa Atletika Assosiasiyasının baş icraçı direktoru Kristian Milz və Kommunikasiya departamentinin rəhbəri Biljana Daniçiç, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov və baş katibi Məhərrəm Sultanzadə də iştirak ediblər.






