Mark Kukurelyanın bərbəri “Brayton”la oyundan əvvəl “Çelsi”nin heyəti haqqında məlumat sızdırıb.

Londonlular Premyer Liqanın 34-cü turunda 0:3 hesabı ilə məğlub olublar.

Oyundan əvvəl ispan futbolçunun bərbəri sosial media platforması X-da Kukurelyanın saçını kəsdiyi şəkli paylaşıb. “Palmer və Joao Pedro zədə səbəbindən bu gün oynaya bilməyəcəklər. Budur eksklüziv paylaşım”, – deyə o, şəklin altından yazıb.

Hər iki oyunçu həqiqətən də oyunu buraxıb. Həm paylaşım, həm də hesab sonradan silinib.

Shares: