Azərbaycan kubokunun 1/2 final mərhələsinin bu gün keçiriləcək “Sabah” – “Qarabağ” oyununa boyük maraq var.

Futbolinfo.az xəbər verir ki, matç üçün satışa çıxarılan bütün biletlər satılıb. Bu haqda “Sabah” klubunun yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, “Sabah”ın Masazırdakı stadionunun 13 min tamaşaçı tutumu var.

Oyun saat 20:00-da başlanacaq.

Bu komandaların ilk matçı 2:2 hesabı ilə yekunlaşıb.

Shares: