Akademik avarçəkmə üzrə gənclərdən ibarət yığma komandamız “Paolo d”Aloja” xatirə turnirində uğurlu çıxış edib.

Futbolinfo.az xəbər verir ki, təmsilçilərimiz İtaliyada təşkil olunan reqatada iki medal qazanıb.

Nurlan Paşayev – Ziya Məmmədzadə cütü 2 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə gümüş medala layiq görülüb. Azər İlyasov eyni məsafədə 1 nəfərlik qayıqda üçüncü yeri tutub.

Shares: