“Mançester Yunayted” və Braziliya millisinin hücumçusu Mateus Kunya Premyer Liqanın qalan üç oyununu buraxacaq. “O Jogo”nun məlumatına görə, Braziliya Futbol Konfederasiyası klubla 26 yaşlı futbolçunun mövsümün qalan hissəsində oyunlarda iştirak etməyəcəyi barədə razılığa gəlib.

Bu qərar Kunyanın səhhəti ilə bağlı narahatlıqlar səbəbindən verilib. Belə ki o, Dünya Çempionatında iştirakını təhlükəyə ata biləcək zədə ala bilər. Buna görə də oyunçunu hər hansı bir riskdən qorumaq üçün ehtiyat tədbirləri görülür.

“Mançester Yunayted” rəhbərliyi Braziliya millisinin xahişini qəbul edərək Kunyaya mövsümün sonuna qədər istirahət verib. O, bu mövsüm klubda 33 oyunda meydana çıxaraq 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

Shares: